İrakli Kobaxidze - "Dərin dövlət" nə desə, bütün müxalifət partiyaları onu edəcək, müxalifət nə istəyirsə, onu da etsin, 64 munisipalitetin hamısında həm mer, həm də sakrebulo seçkilərini biz qazanacağıq

Müxalifət partiyaları arasında daxili, kiçik rəqabət var, lakin sonda “Dərin dövlət” nə desə, bütün müxalifət partiyaları onu edəcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Baş nazir bildirib ki, əgər “Dərin dövlət” tapşırsa, dörd partiyanın hamısı seçkilərdə iştirak edəcək.

“Müxalifət nə istəyirsə, onu da etsin, 64 munisipalitetin hamısında həm mer, həm də sakrebulo seçkilərini biz qazanacağıq. Onların bir-birini necə yeyəcəkləri, sağdan-sola yoxsa soldan sağa, ümumiyyətlə maraqlı deyil. Onların arasında daxili, kiçik rəqabət var, lakin sonda “Dərin dövlət” nə desə, bütün müxalifət partiyaları onu edəcək. Əgər “Dərin dövlət” tapşırsa, dörd partiyanın hamısı təşkilatlanacaq və seçkilərdə iştirak edəcək. Bütün bunların bizim üçün heç bir mənası yoxdur” – baş nazir bildirib.