İrakli Kobaxidze - Deokkupasiya məsələsi ilə bağlı prinsipial mövqeyimiz və qırmızı xəttlərimiz var, bu məsələ heç bir kompromisə tabe deyil
Prinsipial mövqeyimizin və qırmızı xəttlərimizin olması bizim üçün əsasdır, bu isə əlbətdə, deokkupasiya məsələsi ilə bağlıdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya-Gürcüstan dialoqu ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatı haqda verilmiş suala cavab olaraq deyib.
Hökumət başçısının qiymətləndirməsinə əsasən, deokkupasiya Gürcüstan hökuməti üçün yenidən baxılmaya tabe olmayan qırmızı xəttdir.
“Bu, bizim üçün qırmızı xəttdir. Əlbəttə, bu məsələ heç bir kompromisə tabe deyil. Deokkupasiya, təbii ki, yenidən baxmağı planlaşdırmadığımız qırmızı xəttdir” – İrakli Kobaxidze bildirib.
Rusiyanın Xarici İşlər Nazirliyində Rusiyanın Gürcüstanın şərtləri ilə Gürcüstanla siyasi dialoqu yeniləməyə hazır olmadığını bildiriblər. Onların sözlərinə əsasən, “Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiya respublikalarının dövlətçiliyinin tanınması qərarı geri dönməzdir”.