İrakli Kobaxidze – “Deep State” agentlərinin qəhrəman hərbçiləri cinayətkar kimi təqdim etməsi, guya Abxaziyada gürcülərin əsir götürmədiyi və onları güllələdiyi barədə absurd yalanların yayılması məqsədyönlü hücumun bir hissəsidir
İrakli Kobaxidze – Son dövrdə baş verən bir sıra hadisələr, o cümlədən “Deep State”in yerli agentləri tərəfindən gürcü qəhrəman hərbçilərin müharibə cinayətkarı elan edilməsi və guya Abxaziyada gedən münaqişə zamanı gürcülərin əsir götürmədiyi, əksinə onları güllələdiyi barədə absurd yalanların yayılması məqsədyönlü hücumun bir hissəsidir.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstana qarşı yönəlmiş bu təxribat “Deep State” tərəfindən koordinasiya olunur və onun yerli agenturası buna fəal dəstək verir.
“Son dövrdə baş verən bir sıra hadisələr məqsədyönlü hücumun bir hissəsidir. Bunlara “Deep State”in yerli agentləri tərəfindən gürcü qəhrəman hərbçilərin müharibə cinayətkarı elan edilməsi və guya Abxaziyada gedən münaqişə zamanı gürcülərin əsir götürmədiyi və onları güllələdiyi barədə absurd yalanların yayılması daxildir.
Həmçinin Gürcüstanın dənizkənarı kurortlarında süni şəkildə təşkil edilən anti-Rusiya kampaniyaları və bir neçə gün əvvəl də qeyd etdiyim kimi, sosial mediada yayılan saxta məlumatlar var. Bu məlumatlarda insanlar mövcud olmayan ad, soyad və peşələrlə çıxış edərək, guya Gürcüstanda rus turistlər üçün mənfi mühit yaradıldığını bildirirlər.
Əlbəttə, bütün bu faktların məcmusu təsadüfi deyil – Gürcüstana qarşı yönəlmiş bu təxribat “Deep State” tərəfindən koordinasiya olunur və onun yerli agenturası buna fəal dəstək verir”, – deyə Baş nazir bildirib.