İrakli Kobaxidze - Danışıqların açılması bu gün ölkəmizi şantaj etmək və cəmiyyəti parçalamaq vasitəsi olaraq əvvəllər namizəd statusundan istifadə edildiyi kimi istifadə olunur
Danışıqların açılması bu gün ölkəmizi şantaj etmək və cəmiyyəti parçalamaq vasitəsi olaraq əvvəllər namizəd statusundan istifadə edildiyi kimi istifadə olunur – Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən brifinqdə bildirib.
İrakli Kobaxidze bildirib ki, mühüm olan danışıqları nə vaxt açmağımız deyil, onu nə zaman bağlamağımızdır.
“Bu da tamamilə süni hadisədir, üstəlik üzvlük tarixi ümumiyyətlə danışıqların açılması tarixindən asılı deyil. Mühüm olan danışıqları nə vaxt açmağımız deyil, onu nə zaman bağlamağımızdır. Bildiyiniz kimi, Gürcüstan Assosiasiya Sazişinin imzalanması, Azad Ticarət Sazişinin imzalanması və vizasız rejimin qəbulu ilə bağlı danışıqlara Ukrayna və Moldovadan gec başladı, hərçənd hər üç halda bu ölkələrdən tez və ya onlarla eyni vaxtda uğur qazandı. Onu da xatırladaq ki, Monteneqro və Serbiya müvafiq olaraq 2012 və 2014-cü illərdə Avropa İttifaqı ilə danışıqları açdılar, lakin bu, onların Avropaya inteqrasiyasını zərrə qədər də sürətləndirməyib. Türkiyə ilə isə Avropa İttifaqı 2005-ci ildə açılan danışıqları 2016-cı ildə ümumiyyətlə dayandırıb” – Kobaxidze bildirib.