İrakli Kobaxidze - Dairə Seçki Komissiyaları qarşısında baş verən hadisələr aşağı siyasi mədəniyyəti göstərir
İrakli Kobaxidze - Dairə Seçki Komissiyaları qarşısında baş verən hadisələr aşağı siyasi mədəniyyəti göstərir

Dairə Seçki Komissiyaları qarşısında baş verən hadisələr aşağı siyasi mədəniyyəti göstərir. Bu barədə də məsələn, Avropa Şurasının Parlament Assambleyası missiyasının rəhəbri işarə edirdi, – bu barədə “Gürcüs Arzusunun” liderlərindən biri, İrakli Kobaxidze bəyan etdi.

“Təəssüflər olsun ki, siyasi mədəniyyət Gürcüstanda hələ də inkişaf prosesindədir. Səslərin hesablanması baş verəndə, bu da ki, bildiyiniz kimi, gürcü seçki tarixində presedentsiz hadisədir, Mərkəzi Seçki Komissiyası səslərin yenidən hesablanması barəsində qərar qəbul etdi. Baxmayaraq ki, bu presedentsiz hadisə idi, konstruktiv yanaşma əvəzinə, bu prosesə paralel olaraq müxalif siyasətçilər aksiya keçirirlər, bu isə, qəbuledilməzdir, bir daha onların aşağı siyasi mədəniyyətini sübut edir”, – İrakli Kobaxidze bəyan etdi.