İrakli Kobaxidze – Çinlə siyasi əməkdaşlığın dərinləşdirilməsi son dərəcə vacibdir, biz iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət veririk, müsbət dinamikamız var

22:38, 06.11.2026

 

Siyasi əməkdaşlığın dərinləşməsi bizim üçün son dərəcə vacibdir, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına xüsusi önəm veririk və şadıq ki, bu baxımdan da çox müsbət dinamikamız və artan göstəricilərimiz var – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının vitse-prezidenti Xan Cenq ilə geniş formatda görüşü zamanı açıqlayıb.

Onun sözlərinə əsasən, Gürcüstan və Çin Respublikası arasında ticarət-iqtisadi tərəfdaşlıq ildən-ilə böyüyür, lakin bu əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi Gürcüstan hökumətinin marağındadır.

“Biz ölkələrimiz arasında formalaşmış tərəfdaşlıq və dostluğa xüsusi əhəmiyyət veririk. Çinin Gürcüstana olan münasibətini yüksək qiymətləndiririk və sizin Gürcüstana səfəriniz də bu münasibətin növbəti təzahürüdür. Diplomatik münasibətlərimizin 34 yaşı var və şadıq ki, diplomatik münasibətlərin 34-cü ildönümündə Çin Xalq Respublikası ilə Gürcüstan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalandı. Şadıq ki, bu sazişin konkret nəzərəçarpan nəticələri var. Bir neçə il əvvəl ölkələrimiz arasında strateji tərəfdaşlıq sazişi imzalanıb və həmin vaxtdan bəri müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlərdə çox böyük irəliləyiş əldə etmişik. Ölkələrimiz arasında siyasi əməkdaşlığın dərinləşdirilməsinə çox böyük əhəmiyyət veririk. Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyiniz dəstəyə görə minnətdarıq və “Vahid Çin prinsipi”nə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Aramızda siyasi əməkdaşlığın dərinləşməsi bizim üçün son dərəcə vacibdir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına xüsusi önəm veririk və şadıq ki, bu baxımdan da çox müsbət dinamikamız və artan göstəricilərimiz var. İldən-ilə ölkələrimiz arasında ticarət-iqtisadi tərəfdaşlıq böyüyür, lakin marağımız bu əməkdaşlığın gələcəkdə daha da dərinləşməsidir. Şadıq ki, cari ilin göstəricilərinə görə Çin Gürcüstanın ən böyük investoruna çevrilib, bu da Çin biznesinin, Çin tərəfinin Gürcüstandakı iqtisadi mühitə olan möhkəm etibarını sübut edir. Bu görüş bizə ikitərəfli əməkdaşlığın sonrakı inkişafı məsələlərini müzakirə etməyə imkan verir. Biz, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tərəfdaşlığı maksimum dərəcədə dərinləşdirməkdə maraqlıyıq” – İrakli Kobaxidze açıqlayıb.

Oxşar