Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Cou Tsien ilə görüşüb.
Tərəflər Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlığın müxtəlif sahələri haqda danışıblar. Ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə xüsusi diqqət yönəldilib.
İki ölkə arasında mövcud yüksək səviyyəli siyasi, mədəni və xalqlararası münasibətlərdə Çinin səfirinin xüsusi rolu vurğulanıb.