İrakli Kobaxidze Çinin Baş nazirinin dəvəti ilə Şanxaya səfər edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının Baş naziri Li Tsianın dəvəti ilə Şanxaya səfər edəcək.
Gürcüstan hökuməti səfər çərçivəsində İrakli Kobaxidzenin Çinin Baş naziri ilə görüşünün planlaşdırılması haqda məlumat verir.
“Bundan başqa, İrakli Kobaxidze Gürcüstanın bu il fəxri qonaq statusu ilə iştirak etdiyi Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edəcək. Sərgidə 40-dan çox gürcü şirkəti təmsil olunacaq” – Gürcüstan hökumətinin məlumatında deyilir.
Onların verdiyi məlumatda İrakli Kobaxidzenin Şanxaya xarici işlər naziri Maka Bocorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, maliyyə naziri Laşa Xutsişvili, infrastruktur naziri Revaz Soxadze, Milli Bankın prezidenti Natia Turnava və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti ilə birlikdə yollandığı deyilir.