İrakli Kobaxidze Çini xalq respublikasının 75 illik yubileyi münasibətilə təbrik edir

10:46, 01.10.2024

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çini xalq respublikasının 75 illik yubileyi münasibətilə təbrik edir.

Hökumət başçısı X sosial şəbəkəsində Gürcüstan və Çin arasında Azad Ticarət Sazişi və vizasız gediş-gəliş rejimi ilə dəstəklənən strateji tərəfdaşlığı vurğulayır.

“Sizi Çin Xalq Respublikasının 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azad Ticarət Sazişi və vizasız gediş-gəliş rejimi ilə dəstəklənən strateji tərəfdaşlığımız xalqlar arasında güclü əlaqələrlə birlikdə hər iki ölkə üçün çoxlu imkanlar yaradır. Əminəm ki, birgə səylərlə biz nəticəyönümlü əməkdaşlığı genişləndirməyə və gücləndirməyə davam edəcəyik” – baş nazir qeyd edir.

Oxşar