İrakli Kobaxidze – Çin və Gürcüstan arasında xüsusi dəyər əlaqəsi görürük və bu dəyər təməli bizə münasibətlərin inkişafının qayğısına qalmaq üçün xüsusi motivasiya verir

22:05, 06.11.2026

 

Bizim üçün Çin ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Müasir dünyada Çin bütövlüklə tərəqqiyə, modernləşməyə, irəliləyişə və inkişafa yönəlmiş yeganə sülhsevər fövqəldövlətdir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının vitse-prezidenti Xan Cenq ilə görüşdə açıqlayıb.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan Çinlə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.

“Biz təbii olaraq Avropa ilə Asiyanı, Qərb ilə Şərqi bir-birinə bağlayırıq və bu baxımdan da ölkələrimiz arasında münasibətlərin sonrakı inkişafının çox maraqlı olduğunu fikirləşirik. Həmçinin bir çox digər sahələrdə, mədəniyyət, təhsil, elm, idman, səhiyyə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığı dərinləşdirməkdə maraqlıyıq. Şadıq ki, bu sahələrdə də çox müsbət dinamika var və ölkələrimiz, müvafiq qurumlarımız arasında münasibətlər daim inkişaf edir. Bizim üçün Çin ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Müasir dünyada Çin bütövlüklə tərəqqiyə, modernləşməyə, irəliləyişə və inkişafa yönəlmiş yeganə sülhsevər fövqəldövlətdir. Müvafiq olaraq, biz ölkələrimiz arasında xüsusi dəyər əlaqəsi görürük və təbii ki, bu dəyər təməli bizə ikitərəfli münasibətlərin sonrakı inkişafının qayğısına qalmaq üçün xüsusi motivasiya verir. Cənab vitse-prezident, əminəm ki, səfəriniz ikitərəfli münasibətlərimizin inkişafına yeni təkan verəcək. Biz əməkdaşlığı dərinləşdirmək üçün hər şeyi etməyə hazırıq” – İrakli Kobaxidze qeyd edib.

Oxşar