İrakli Kobaxidze – Cənubi Qafqaz və konkret olaraq Gürcüstan şərq istiqamətində yeganə quru qapısı olaraq qalır, biz bu baxımdan Avropa ilə əməkdaşlığa maksimum dərəcədə hazırıq
Cənubi Qafqaz və konkret olaraq Gürcüstan şərq istiqamətində yeganə quru qapısı olaraq qalır, biz bu baxımdan Avropa, Avropa İttifaqı ilə əməkdaşlığa maksimum dərəcədə hazırıq və təbii ki, avropalı tərəfdaşlarımızla bu mövzuda da danışacağıq – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin (EPC) 9-cu zirvə toplantısında iştirak etdiyi İrlandiyada gürcü jurnalistlərə açıqlayıb.
Kobaxidze, Gürcüstanın bu istiqamətdə əsas rola malik olduğunu bildirib.
“Gürcüstanın bu baxımdan rolu əsasdır, o cümlədən ona görə ki, təəssüf ki, Rusiya iqtisadi baxımdan Avropanın qalan məkanından təcrid olunduqdan və Yaxın Şərqdə münaqişə başladıqdan sonra Avropa üçün şərq istiqamətində yollar bağlanıb. Cənubi Qafqaz və konkret olaraq Gürcüstan şərq istiqamətində yeganə quru qapısı olaraq qalır, biz bu baxımdan Avropa, Avropa İttifaqı ilə əməkdaşlığa maksimum dərəcədə hazırıq və təbii ki, avropalı tərəfdaşlarımızla bu mövzuda da danışacağıq” – baş nazir qeyd edib.