İrakli Kobaxidze - Cəmiyyətin əksəriyyəti məhkəmə sisteminə etibar edir, məhkəmənin müstəqil olması üçün 2012-ci ildən sonra çox işlər görülüb və bu nailiyyət reytinqlərdə də öz əksini tapıb
İrakli Kobaxidze - Cəmiyyətin əksəriyyəti məhkəmə sisteminə etibar edir, məhkəmənin müstəqil olması üçün 2012-ci ildən sonra çox işlər görülüb və bu nailiyyət reytinqlərdə də öz əksini tapıb

 

Cəmiyyətin mütləq əksəriyyəti məhkəmə sisteminə etibar edir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Baş nazir “Çendler İnstitutu”nun tədqiqatı ilə bağlı sualı cavablandırıb. Tədqiqata əsasən, Gürcüstan məhkəmə sisteminin keyfiyyətinə görə dünyada 33-cü, Avropanın ən yaxşı iyirmiliyində isə 15-ci yerdə qərarlaşıb.

“Xatırlayırsınız, vaxtilə məhkəmə sisteminə qarşı necə böyük hücum var idi – sovet tipli təbliğat, məhkəmə sisteminin damğalanması. O zaman biz müxaliflərdən xahiş edirdik ki, onların fikrincə, ədalətsiz qərar verilmiş konkret işləri təqdim etsinlər. Belə bir dənə də olsun iş təqdim edə bilmədilər. Bundan başqa, onlar məhkəmə qərarları ilə bağlı dəfələrlə Strasburq Məhkəməsinə iddialarla müraciət etdilər və bütün işləri uduzdular. Bütün bunlar cəmiyyətə məlumdur, cəmiyyət bütün bunları görür. Müvafiq olaraq, cəmiyyətdə məhkəməyə qarşı yüksək etimad var. Cəmiyyətin mütləq əksəriyyəti məhkəmə sisteminə etibar edir və dərc olunan reytinq bütün bunların daha bir təsdiqidir. Gürcüstanda məhkəmənin real olaraq müstəqil olması üçün 2012-ci ildən sonra çox böyük işlər görülüb və bu nailiyyət müvafiq reytinqlərdə də öz əksini tapıb” – baş nazir bildirib.