İrakli Kobaxidze - Cəmiyyət ümumi milli məqsədlər ətrafında mahiyyət etibarilə birləşmişdi və bu, bizə bütün çağırışların öhdəsindən gəlməyə imkan verdi
Cəmiyyət ümumi milli məqsədlər ətrafında mahiyyət etibarilə birləşmişdi və bu, bizə bütün çağırışların öhdəsindən gəlməyə imkan verdi – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi”nin efirində deyib.
Hökumət başçısı bildirib ki, prioritetlərdən biri suverenliyi möhkəmləndirmək, müstəqilliyi və sülhü qoruyub saxlamaq, düzgün iqtisadi siyasət aparmaq olub.
“2025-ci ilin sonunda 2024-cü ilin sonunda olduğundan daha çox sabitliyə sahibik. Prioritetlərimizdən biri suverenliyi möhkəmləndirmək, müstəqilliyi və sülhü qoruyub saxlamaq, düzgün iqtisadi siyasət aparmaq olub. Nəticə etibarilə, ölkə bütün bu baxımdan uğurlu olub. Ətrafımızda da, xüsusilə regionumuzda sülhün möhkəmləndirilməsinə çalışırıq. Bu baxımdan ötən dövr ərzində xüsusi, deyərdim ki, spesifik problemlərimiz olub və bu il korrupsiyanın aradan qaldırılmasına maksimum qayğı göstərmək üçün çox iş görülüb. Əlbətdə, bu istiqamətdə səylərimizi gələcəkdə də azaltmayacağıq. Bizim bəyan edilmiş iddialı məqsədimiz var, korrupsiyanın azlığı baxımından Avropa ölkələrinin ilk üçlüyündə yer almaq istəyirik” – baş nazir qeyd edib.
Həmçinin, İrakli Kobaxidze təhsil islahatının əhəmiyyətinə diqqət yönəldib.
“Təhsil ölkəmizin üzləşdiyi çağırışların öhdəsindən gəlməkdə əsas rol oynayır. Təbii ki, bu islahatı uğurla sona qədər aparmaq gələn il də məşğul olmağa davam edəcəyimiz əsas vəzifələrdən biri olacaq” – baş nazir bildirib.