İrakli Kobaxidze – Cari məhkəmə prosesinə konkret Avropa təsisatı təsir göstərməyə çalışdıqda, bu özlüyündə narahatlıq doğurur, hamı məhkəmənin müstəqilliyinə hörmətlə yanaşmalıdır

15:14, 20.10.2026

 

Davam edən məhkəmə prosesi olduqda və konkret Avropa təsisatı burada təsir göstərməyə, təzyiq etməyə çalışdıqda, bu özlüyündə narahatlıq doğurur – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Avropa İttifaqı nümayəndələri tərəfindən verilən bəyanatlar ilə bağlı qeyd edib.

Hökumət başçısının sözlərinə əsasən, hamı məhkəmənin müstəqilliyinə, hüququn aliliyinə və institutların müstəqilliyinə hörmətlə yanaşmalıdır.

“Bu, siyasi təzyiq cəhdidir. Hamı məhkəmənin müstəqilliyinə, hüququn aliliyinə, institutların müstəqilliyinə hörmətlə yanaşmalıdır. Davam edən məhkəmə prosesi olduqda və konkret Avropa təsisatı burada təsir göstərməyə, təzyiq etməyə çalışdıqda, bu özlüyündə narahatlıq doğurur. Bütün bunlar Avropa dəyərlərinə ziddir, bu da çox təəssüf doğurur” – baş nazir açıqlayıb.

Oxşar