İrakli Kobaxidze - Cari ilin 11 ayına olan göstəricilərə əsasən, Daxili İşlər Nazirliyi ölkədən 1131 qanunsuz miqrantı çıxarıb, yəqin ki, üç-dörd ilə qanunsuz miqrasiya problemi tamamilə aradan qaldırılacaq
İrakli Kobaxidze - Cari ilin 11 ayına olan göstəricilərə əsasən, Daxili İşlər Nazirliyi ölkədən 1131 qanunsuz miqrantı çıxarıb, yəqin ki, üç-dörd ilə qanunsuz miqrasiya problemi tamamilə aradan qaldırılacaq

 

Cari ilin 11 ayına olan göstəricilərə əsasən, Daxili İşlər Nazirliyi ölkədən 1131 qanunsuz miqrantı çıxarıb. Bu göstərici ötən 7 ilin ümumi göstəricisinə uyğundur – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

Hökumət başçısının sözlərinə əsasən, səmərəlilik ciddi şəkildə artıb, lakin Daxili İşlər Nazirliyində Miqrasiya Departamenti daha da gücləndirilməlidir.

“Ötən aylar ərzində Daxili İşlər Nazirliyinin səmərəliliyi, xüsusən də mütəşəkkil cinayətkarlıq, korrupsiya və narkotik cinayəti ilə mübarizə kimi sahələrdə keyfiyyətcə artıb. Eyni şey təsirli göstəricilərimizin olduğu qanunsuz miqrasiya ilə mübarizəyə də aiddir. Bu il artıq cari ilin 11 ayına olan göstəricilərə əsasən, Daxili İşlər Nazirliyi Gürcüstandan 1131 qanunsuz miqrantı çıxarıb. Bu göstərici ötən 7 ilin ümumi göstəricisinə uyğundur. Səmərəlilik ciddi şəkildə artıb, lakin Daxili İşlər Nazirliyində Miqrasiya Departamenti daha da gücləndirilməlidir, cənab nazir və nazirlik bunun üzərində fəal şəkildə işləyir. Əlbəttə, bütün bunlar qanunsuz miqrasiya istiqamətində gələcək fəaliyyətdə əks olunacaq. Daxili İşlər Nazirliyinin təqdim etdiyi plana əsasən, gələn il ölkədən ən azı 3500 qanunsuz miqrantın çıxarılması təmin olunacaq. Bu, minimum göstəricidir. Ümumilikdə, bu plana əsasən, yəqin ki, üç-dörd ilə qanunsuz miqrasiya problemi tamamilə aradan qaldırılacaq. Bu problem keyfiyyətcə aradan qaldırılacaq, bu da müxtəlif baxımdan, o cümlədən təhlükəsizlik baxımından vacibdir. Daxili işlər nazirinə və Daxili İşlər Nazirliyinə artıq göstərilən fəaliyyətə və gələcək planlara görə minnətdaram” – baş nazir bildirib.