İrakli Kobaxidze – Bütün şagirdləri, tələbələri, pedaqoqları, professor-müəllimləri və valideynləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edirəm, sizə bəhrəli, maraqlı və uğurlu tədris ili arzulayıram
Gürcüstanın Baş naziri İrakli Kobaxidze şagirdləri, tələbələri və professor-müəllimləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edir.
“Bütün şagirdləri və tələbələri, pedaqoqları, professor-müəllimləri və valideynləri yeni tədris ilinin başlaması münasibətilə ürəkdən təbrik edirəm! Bu gün bilik əldə etməyin, şəxsi inkişafın və yeni imkanların olduqca mühüm mərhələsinə qədəm basan birinci sinif şagirdlərini və birinci kurs tələbələrini xüsusilə təbrik edirəm. Dövlətimizin gücünü və etibarlı gələcəyini məhz sizin biliyiniz, təhsiliniz və zəhmətkeşliyiniz müəyyən edir. İnanıram ki, bir çox uğurlara nail olacaqsınız.
Gələcək nəsillərin tərbiyə olunması işində pedaqoqlarımızın rolu əvəzsizdir. Bu şərəfli missiyanı sədaqətlə yerinə yetirdiklərinə görə hər bir müəllimə və mühazirəçiyə təşəkkür edirəm. Sizə bəhrəli, maraqlı və uğurlu tədris ili arzulayıram” – İrakli Kobaxidzenin təbrikində deyilir.