İrakli Kobaxidze - Bütün resursları prosesə cəlb etmişik, Müdafiə Qüvvələrinin səfərbərliyi də qərara alınıb, müvafiq reaksiya veririk, bu, bizim məsuliyyətimizdir
İrakli Kobaxidze - Bütün resursları prosesə cəlb etmişik, Müdafiə Qüvvələrinin səfərbərliyi də qərara alınıb, müvafiq reaksiya veririk, bu, bizim məsuliyyətimizdir

 
Vəziyyət mürəkkəbləşən kimi biz dərhal bütün resursları prosesə cəlb etdik, demək istəyirəm ki, tərəfimizdən Müdafiə Qüvvələrinin səfərbərliyi də qərara alınıb – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ozurqetidə Koordinasiya Qərargahının iclası başa çatdıqdan sonra jurnalistlərə açıqlayıb.

Kobaxidze bildirib ki, faktiki olaraq dünən yağan qar vəziyyəti çətinləşdirib.

“Vəziyyətdən irəli gələrək, təbii olaraq, müvafiq reaksiya veririk. Bu bizim məsuliyyətimizdir. Harada nə resurs lazımdırsa, tam resurslar səfərbər olunacaq” – baş nazir bildirib.