İrakli Kobaxidze – Bütün ölkəni sarsıdan Şovi faciəsindən üç il ötdü, dövlət gələcəkdə bu kimi təhlükələrin qarşısını almaq üçün hər şeyi edəcək
Bütün ölkəmizi sarsıdan faciədən üç il ötdü. Həlak olanların ailələrinə bir daha başsağlığı verirəm – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Şovidə jurnalistlərə deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, dövlət gələcəkdə bu kimi təhlükələrin qarşısını almaq üçün hər şeyi edəcək.
“Bizim hər birimiz üçün bu, böyük faciə idi və ən əsası, gələcəkdə bu kimi faciələrin qarşısını almaq məqsədilə hər şeyin öncədən edilməsi üçün hər şeyi etməliyik. Bu istiqamətdə, xüsusən də buzlaq prosesləri ilə bağlı İsveçrə şirkəti ilə birlikdə işlər aparılıb və ilkin tədqiqatın nəticələri mövcuddur. Dövlət gələcəkdə bu kimi təhlükələrin qarşısını almaq üçün hər şeyi edəcək. Bu, birinci növbədə həlak olanların ailələri üçün, eləcə də ölkəmiz üçün böyük faciə idi və mən bir daha onlara başsağlığı verirəm” – İrakli Kobaxidze bildirib.