İrakli Kobaxidze - Bürokratiya istiqamətində ölkədə mövcud vəziyyət təsiredicidir, Dünya Bankı bunu müvafiq indeksdə əks etdirib
İrakli Kobaxidze - Bürokratiya istiqamətində ölkədə mövcud vəziyyət təsiredicidir, Dünya Bankı bunu müvafiq indeksdə əks etdirib

 

Bütün obyektiv indekslər göstərir ki, Gürcüstan təkcə bizim geniş regionumuzda deyil, o cümlədən Avropa İttifaqına üzv dövlətləri də çox vaxt geridə qoyur – bu haqda baş nazir İrakli Kobaxidze jurnalistin Dünya Bankının göstəricilərinə əsasən, Bürokratiya İndeksi üzrə ən yaxşı ölkələr sırasında Gürcüstanın 20-ci yerdə olması ilə bağlı sualına cavabında deyib.

Hökumət başçısı bildirib ki, hakimiyyətin vəzifəsi Gürcüstan vətəndaşının bürokratiyadan aldığı bütün xidmətləri maksimal olaraq sadə və ədalətli etməkdir.

“Çox mühüm nailiyyətlərimiz var, bütün obyektiv indekslər təsdiqləyir ki, tamamilə bütün istiqamətlərdə irəliləyiş əldə etmişik. Birbaşa bürokratiya istiqamətinə gəlincə, təkmilləşdirilmiş prosedurlarımız olduğunu bilirsiniz, əlbəttə, daha da təkmilləşdirmək üçün gələcəkdə də işlərimiz var. Bizim əsas vəzifəmiz Gürcüstan vətəndaşının bürokratiyadan aldığı bütün xidmətləri maksimal olaraq sadə və ədalətli etməkdir, hərçənd bugünkü vəziyyət artıq təsiredicidir, bu da müvafiq indeksdə əksini tapıb”- baş nazir bildirib.