İrakli Kobaxidze Budapeştdə Viktor Orbanla görüşüb
İrakli Kobaxidze Budapeştdə Viktor Orbanla görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

Hökumətin mətbuat xidmətinin məlumatına əsasən, təkbətək görüşdə Gürcüstan və Macarıstanın uğurlu əməkdaşlığı müzakirə olunub. Baş nazir macar həmkarına müxtəlif platformalarda Gürcüstana göstərdiyi qətiyyətli dəstəyə görə təşəkkür edib.

Gürcüstan və Macarıstanın baş nazirlərinin görüşü Budapeştdə Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı çərçivəsində keçirilib.