İrakli Kobaxidze Budapeştdə Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında iştirak edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 29-30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında (CPAC) iştirak edəcək.
Bu barədə məlumatı Hökumət Administrasiyasının mətbuat xidməti yayır.
“Macarıstanın Baş naziri Viktor Orban tədbirin açılışını edəcək. Gürcüstan hökumətinin başçısının CPAC-ın dördüncü konfransında çıxışı planlaşdırılıb. Macarıstana səfəri çərçivəsində İrakli Kobaxidze macar həmkarı ilə görüş keçirəcək.
Gürcüstanın Baş naziri xarici işlər naziri Maka Bocorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə Budapeştə yola düşüb” – Gürcüstanın Hökumət Administrasiyasının bəyanatında deyilir.