İrakli Kobaxidze - Bu il Milli Bank 103 milyon dollar valyuta ehtiyatları alıb, bu da tarixi rekorddur, ümumilikdə, valyuta ehtiyatları 5 808 000 dollar təşkil edib
Yüksək iqtisadi artım bizə valyuta ehtiyatlarını misli görünməmiş səviyyədə artırmaq imkanı verdi, bu il Milli Bank 103 milyon dollar valyuta ehtiyatları alıb – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
Baş nazir, ümumilikdə, valyuta ehtiyatlarının 5 808 000 dollar təşkil etdiyini bildirib.
“Yüksək iqtisadi artım bizə valyuta ehtiyatlarını misli görünməmiş səviyyədə artırmaq imkanı verdi. Bu il Milli Bank 103 milyon dollar valyuta ehtiyatları alıb, bu da tarixi rekorddur. Ümumilikdə, valyuta ehtiyatları 5 808 000 dollar təşkil edib, bu da həmçinin rekord göstəricidir. Bir daha Milli Banka və onun prezidentinə səmərəli fəaliyyətə görə təşəkkür etmək istərdim. Həmçinin, iqtisadi artım və valyuta ehtiyatlarının doldurulması fonunda, “Fitch” reytinq şirkəti Gürcüstanın suveren reytinqinin perspektivini mənfidən sabitə qədər yaxşılaşdırıb, bu da gələcəkdə iqtisadiyyatın inkişafına faydalı olacaq” – baş nazir bildirib.