İrakli Kobaxidze – Bu gün yeni sürətlə hərəkət edən qatarla Batumiyə səfər etdik. Əvvəllər səfər müddəti 5 saat 30 dəqiqə idi, indi isə 4 saata qədər azalıb ki, bu da sərnişinlər üçün mühüm yenilikdir
“Bu gün yeni sürətlə hərəkət edən qatarla səfər etdik. Əvvəllər səfər müddəti 5 saat 30 dəqiqə idi, indi isə 4 saata qədər azaldılıb. Bu, sərnişinlər, ölkə vətəndaşları, qonaqlarımız üçün mühüm yenilikdir və turizm baxımından da əhəmiyyət daşıyır”. Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Hökumət başçısının sözlərinə görə, son bir il ərzində Gürcüstan Dəmir Yollarında çoxsaylı islahatlar həyata keçirilib.
“Bir daha xatırlatmaq istəyirəm ki, son bir ildə Gürcüstan Dəmir Yollarında əsaslı dəyişikliklər baş verib. Sərnişin qatarları ilə bağlı bu yenilik həmin islahatların nəticələrindən biridir. Dəmir yolunun yenilənməsi istiqamətində hələ çox iş planlaşdırılıb. Bu barədə ictimaiyyətə mütəmadi məlumat vermişik və bütün bu islahatlar, dəyişikliklər nəzərdə tutulan müddətlərdə həyata keçiriləcək”, – deyə İrakli Kobaxidze bildirib.