İrakli Kobaxidze – Bu gün Şindisi qəhrəmanlarını, onların xatirəsini yad edirik, onların qəhrəmanlığı həqiqətən müstəsna və xüsusidir
Bu gün Şindisi qəhrəmanlarını, onların xatirəsini yad edirik, onların qəhrəmanlığı həqiqətən müstəsna və xüsusidir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısı qeyd edib ki, nəsillər bu qəhrəmanlıq nümunəsi əsasında böyüməlidirlər.
“Bu, ölkəmizdə nəsillərin örnək götürərək böyüməli olduğu qəhrəmanlıqdır və əminəm ki, belə də olacaq. Onların qəhrəmanlığı ölümsüzdür, ruhları ölümsüzdür. Onların valideynlərinə, ailə üzvlərinə təşəkkür etmək istəyirəm. Ölkəmizə belə qəhrəmanlar bəxş etdiklərinə görə valideynlərinə xüsusi təşəkkür edirəm. Onların qəhrəmanlığı ölkəmizdə örnək olub və olacaq” – İrakli Kobaxidze bildirib.