İrakli Kobaxidze - Bu gün radikal müxalifət hədsiz dərəcədə zəifləyib, öz qərarlarında belə qeyri-müəyyəndirlər, bəzən birini deyirlər, bəzən digərini, bəzən isə üçüncüsünü edirlər
İrakli Kobaxidze - Bu gün radikal müxalifət hədsiz dərəcədə zəifləyib, öz qərarlarında belə qeyri-müəyyəndirlər, bəzən birini deyirlər, bəzən digərini, bəzən isə üçüncüsünü edirlər

 

Bu gün radikal müxalifət hədsiz dərəcədə zəifləyib və məhz bu səbəbdən öz qərarlarında belə qeyri-müəyyəndirlər, bəzən birini deyirlər, bəzən digərini, bəzən isə üçüncüsünü edirlər, bu, zəifliyin təzahürüdür, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, əslində, radikal müxalifət təhsili və heç nəyi ilə seçilməyən uşaqların əlindədir.

“Konkret namizədin irəli sürülməsinə gəlincə, bu da zəifliyin təzahürüdür. Əslində görürsən ki, radikal müxalifət təhsili, təcrübəsi və heç nəyi ilə seçilməyən uşaqların əlindədir. Bu, çox yaxşıdır, proseslər düzgün istiqamətdə inkişaf edir” – İrakli Kobaxidze bildirib.