İrakli Kobaxidze - Bu gün parlament seçkiləri öncəsindən daha yüksək reytinqimiz var, parlament seçkilərində əgər 54% toplamışıqsa, bundan da çoxunu toplamağa qadirik, müxalifət tamamilə məhvə məhkumdur
Bu gün parlament seçkiləri öncəsindən daha yüksək reytinqimiz var, parlament seçkilərində əgər 54% toplamışıqsa, bundan da çoxunu toplamağa qadirik – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Baş nazir bildirib ki, “Gürcü Arzusu” 64 munisipalitetin hamısında həm mer, həm də sakrebulo seçkilərində qalib gələcək.
“Özünüidarəetmə seçkilərinə gəlincə, bu gün parlament seçkiləri öncəsindən daha yüksək reytinqimiz var. Parlament seçkilərində əgər 54% toplamışıqsa, bundan da çoxunu toplamağa qadirik. Belə bir vəziyyətdə müxalifət tamamilə məhvə məhkumdur. Biz 64 munisipalitetin hamısında həm mer, həm də sakrebulo seçkilərində qalib gələcəyik. Belə bir vəziyyətdə onlar artıq nə etdiklərini bilmirlər. Həm sakrebulolarda ala biləcəkləri 2-3 mandata heyifləri gəlir. Digər tərəfdən görürlər ki, tamamilə məğlubiyyətə məhkumdurlar. Müxalifətdə gördüyümüz daxili mübarizələr bununla bağlıdır, bu isə yaxşı haldır və əsas odur ki, müxalifət tamamilə dağılmış və parçalanmış vəziyyətdədir” – baş nazir bildirib.