İrakli Kobaxidze – Bu gün həyatının yeni mərhələsinə qədəm qoyan bütün şagirdləri məktəbi bitirmələri münasibətilə təbrik edirəm, əminəm ki, yeni nəsil ölkəmizin daha yaxşı gələcəyinin qurulmasında mühüm töhfə verəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze şagirdləri məktəbi bitirmələri münasibətilə təbrik edib.
Onun sözlərinə görə, yeni nəsil həyat yolunda qarşılaşacağı yeni çağırışlara daha böyük əzmlə cavab verəcək və ölkənin daha yaxşı gələcəyinin qurulmasında öz mühüm töhfəsini verəcək.
“Bu gün həyatının yeni mərhələsinə qədəm qoyan bütün şagirdləri məktəbin bitməsi münasibətilə təbrik edirəm. “Son zəng” insanın həyatında bir çox müsbət emosiyalarla yanaşı, xoşbəxt gələcəyə olan inamla da assosiasiya olunur. Hər kəsə sülh dolu, işıqlı gələcək, məqsəd və arzularının həyata keçməsini, maraqlı və rəngarəng həyat arzulayıram. Əminəm ki, yeni nəsil həyat yolunda qarşılaşacağı yeni çağırışlara daha böyük ruh yüksəkliyi ilə cavab verəcək və ölkəmizin daha yaxşı gələcəyinin qurulmasında öz əhəmiyyətli töhfəsini verəcək,” – deyə İrakli Kobaxidze bildirib.