İrakli Kobaxidze bu gün Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək
İrakli Kobaxidze bu gün Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.

Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin məlumatında, Avropanın təhlükəsizlik çağırışlarının Avropa Siyasi Birliyinin beşinci sammitində müzakirə olunacaq əsas mövzu olduğu deyilir.

Sammit çərçivəsində miqrasiya və iqtisadi təhlükəsizlik, əlaqələndiricilik, enerji və nəqliyyat, informasiya texnologiyaları və qlobal ticarət haqqında tematik müzakirələr nəzərdə tutulub.

Əsas mövzusu iqtisadi təhlükəsizlik və əlaqələndiricilik olan panel müzakirəsində bu gün baş nazir İrakli Kobaxidzenin çıxışı planlaşdırılır.

Avropa Siyasi Birliyinin beşinci sammitində Gürcüstanın Baş naziri xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə iştirak edəcək.