İrakli Kobaxidze Böyük Britaniyaya yeni təyin olunmuş səfir İlia Darçiaşvili ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Böyük Britaniyaya yeni təyin olunmuş səfir İlia Darçiaşvili ilə görüşüb.
Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və Böyük Britaniya arasında mövcud münasibətlərə toxunulub.
Baş nazir diplomatı səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
İlia Darçiaşvili müxtəlif vaxtlarda xarici işlər naziri vəzifəsini tuturdu. O, Gürcüstanın Hökumət Administrasiyasının rəhbəri idi. Gürcüstanın Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışıb. Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini, eləcə də Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun icraçı direktoru olub.
Məlumatı Gürcüstanın Hökumət Administrasiyasının mətbuat xidməti yayır.