İrakli Kobaxidze - Böyük Britaniya yaydıqları yalan süjetə görə üzr istəməlidir, Britaniyanın Tənzimləyici Komissiyasına, sonra məhkəmələrə müraciət etməyi planlaşdırırıq
Böyük Britaniya yaydıqları yalan süjetə görə üzr istəməlidir, Britaniyanın Tənzimləyici Komissiyasına, sonra zərurət halında, məhkəmələrə müraciət etməyi planlaşdırırıq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısı bildirib ki, “BBC”nin yaydığı yalana görə üzr istəmək məcburiyyətində qalması üçün bütün hüquqi yollardan istifadə olunacaq.
“Düşünürəm ki, Böyük Britaniya İctimai Yayımçının saxtakarlığına görə üzr istəməlidir. Bu, Böyük Britaniyaya məxsus ilk şeydir, çünki “BBC” ictimai yayımçıdır, birbaşa ictimai kanallarla maliyyələşdirilir, müvafiq olaraq, Böyük Britaniyanın etməli olduğu ilk şey yaydıqları yalan süjetə görə üzr istəmək olmalıdır. Görürdünüz ki, saxtakarlığa əsaslanan skandalın yaradılmasının tamamilə süni cəhdi idi. İstintaqa gəlincə, istintaq bağlanıb. Biz açıq və ictimai şəkildə bəyan etdik – istənilən beynəlxalq subyekt bu istintaqla bağlı bizdən məlumat ala bilər, biz tam məlumatı hər kəslə paylaşacağıq.
Konkret mayenin istifadəsinə gəlincə, artıq xırdalığına qədər deyilib. Dövlət Təhlükəsizliyi Xidmətinin brifinqində bəhs olunan maddələr istifadə olunurdu. Bu, su şırnağından istifadə edildiyi istisnasız olaraq bütün hallara aiddir. Müvafiq olaraq, hər şey gün kimi aydındır, istənilən beynəlxalq subyekt məlumat ala bilər, tam şəffaflığa hazırıq. Müraciətlərə gəlincə, beş nəfər yüngül zəhərlənmə ilə müraciət edib və onlar ertəsi gün evə buraxılıblar. Yada salmaq istərdim, kimyəvi maddələrin istifadə edildiyi 9 apreldən sonra, hətta bir neçə gün sonra məktəbə gedən 1 saylı məktəbin şagirdləri ilə belə o vaxtkı xəstəxanalar dolu idi. Çünki kimyəvi maddə istifadə etsən, bunun çox ciddi nəticələrlə müşaiyət olunmaması imkansızdır. İstənilən beynəlxalq subyekt sənədlər, maddələr ilə bağlı məlumat ala bilər, bundan başqa, “Ofcom”a, yəni Britaniyanın Tənzimləyici Komissiyasına, sonra zərurət halında, məhkəmələrə müraciət etməyi planlaşdırırıq. “BBC”nin yaydığı yalana görə üzr istəmək məcburiyyətində qalması üçün bütün hüquqi yollardan istifadə edəcəyik” – baş nazir bildirib.