İrakli Kobaxidze - Bolnisi merliyinə namizəd "Lelo"nu tərk etməzdən əvvəl bütün rəhbərlik partiyadan çıxdı, partiyaların özlərini gətirib çıxardıqları məntiqi vəziyyətdir
Bolnisi merliyinə namizəd “Lelo”nu tərk etməzdən əvvəl bütün rəhbərlik partiyadan çıxdı – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısının qiymətləndirməsinə əsasən, bu, bu partiyanın və ümumiyyətlə, müxalifətdəki radikal partiyaların özlərini gətirib çıxardıqları tamamilə məntiqi vəziyyətdir.
“Bolnisi merliyinə namizəd “Lelo”nu tərk etməzdən əvvəl bütün “leadership”, “Lelo”nun “leadership”i varsa, nə bilim, bütün rəhbərlik partiyadan çıxdı. Saba Buadzeni də DTX “Lelo”dan çıxarıb və daha bir sıra liderlər var idi. Əlbətdə, görürlər ki, partiya parçalanır, günahı kiminsə üstünə qoymalıdırlar və bu halda DTX-nı seçdilər. Hamı görür ki, partiya parçalanır, rəhbər vəzifəli şəxslər də partiyanı tərk edirlər, o biri tərəfdən, regional namizədlər tərk edirlər. Bu, bu partiyanın və ümumiyyətlə, müxalifətdəki radikal partiyaların özlərini gətirib çıxardıqları tamamilə məntiqi vəziyyətdir” – baş nazir bildirib.