İrakli Kobaxidze BMT-nin Turizm Təşkilatının baş katibi ilə görüşüb

18:32, 17.09.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda rəsmi səfərdə olan BMT-nin Turizm Təşkilatının baş katibi Şaixa Naser Al Nuvai ilə görüşüb. Bu barədə məlumatı Hökumət Administrasiyası yayır.

Onların məlumatına əsasən, görüşdə Gürcüstan ilə BMT-nin Turizm Təşkilatı arasında münasibətlərin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. İllər ərzində formalaşmış sıx və səmərəli əməkdaşlıq vurğulanıb.

“Baş nazir ümidvar olduğunu bildirib ki, baş katibin Gürcüstana səfəri tərəfdaşlığın daha da inkişafına və birgə prioritetlərin uğurla həyata keçirilməsinə töhfə verəcək, çünki BMT-nin Turizm Təşkilatı dünya miqyasında turizmin dayanıqlı inkişafının dəstəklənməsində mühüm rol oynayır.

Xüsusi diqqət Gürcüstanda turizm sektorunun inkişafındakı müsbət meyllərə, beynəlxalq ziyarətçilərin artan dinamikasına və turizmin ölkə iqtisadiyyatındakı mühüm payına yönəldilib.

BMT-nin Turizm Təşkilatının baş katibinin qeyd etdiyi kimi, Gürcüstan turizm sahəsində mühüm uğur əldə edib və bu, rəqəmlərlə də təsdiqlənir. Şaixa Naser Al Nuvai Gürcüstanın əlaqələndiricilik baxımından rolunu vurğulayıb və qeyd edib ki, bu istiqamətdə Gürcüstan digər ölkələr üçün ən yaxşı nümunədir.

Gürcüstanın qlobal bazarlarda populyarlaşdırılmasının əhəmiyyətinə diqqət yetirilib. Qeyd olunub ki, fəal beynəlxalq tərəfdaşlıq Gürcüstanın dünya bazarında cəlbedici və təhlükəsiz turizm istiqaməti kimi mövqeyinin möhkəmlənməsinə kömək edəcək.

Görüşdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər” – Hökumət Administrasiyasının yaydığı məlumatda deyilir.

Oxşar