İrakli Kobaxidze BMT-nin Gürcüstandakı daimi əlaqələndiricisi Didye Tğebiuk ilə görüşüb

13:24, 10.08.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Gürcüstandakı daimi əlaqələndiricisi Didye Tğebiuk ilə görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatında, 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin həyata keçirilməsi prosesində birgə səylərin əhəmiyyətinə diqqət ayrıldığı deyilir.

“Görüşdə beşillik çərçivə sazişinin, bir tərəfdən, milli prioritetlərə əsaslandığı, digər tərəfdən isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əks etdirdiyi qeyd olunub.

Görüş zamanı Gürcüstan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının agentlikləri arasında çoxillik səmərəli əməkdaşlıq vurğulanıb, bu da ölkənin institusional imkanlarının və ardıcıl islahatların aparılmasına kömək edib.

Tərəflər Gürcüstanın işğal olunmuş ərazilərində insan hüquqlarının qorunması və humanitar sahədə mövcud vəziyyəti müzakirə ediblər. Münaqişədən zərər görən əhalinin hüquqlarının qorunması istiqamətində BMT-nin mühüm rolu qeyd olunub” – məlumatda qeyd olunub.

Oxşar