İrakli Kobaxidze BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında iştirak etmək üçün Ermənistana gedib

19:39, 15.10.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasına səfər edib.

Gürcüstan hökumətinin məlumatında, Ermənistan Respublikasının vitse-baş naziri Mher Qriqoryanın İrakli Kobaxidzeni Yerevanın Zvartnots Beynəlxalq Hava Limanında qarşıladığı deyilir.

Onların məlumatına əsasən, İrakli Kobaxidze Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın dəvəti ilə oktyabrın 15–16-da Yerevanın ev sahibliyi edəcəyi BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında iştirak edəcək.
Gürcüstan hökumətinin başçısının Liderlər Sammitində çıxışı planlaşdırılır.

Gürcüstanın Baş naziri Ermənistana Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin olduğu nümayəndə heyəti ilə birlikdə səfər edib.

Oxşar