İrakli Kobaxidze BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında iştirak edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın dəvəti ilə oktyabrın 15–16-da Yerevanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında iştirak edəcək.
Hökumət başçısı konfrans çərçivəsində planlaşdırılan Liderlər Sammitində çıxış edəcək, eləcə də konfransın rəsmi açılış mərasimində iştirak edəcək.
Hökumət Administrasiyasının məlumatına əsasən, İrakli Kobaxidze Yerevana Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin olduğu nümayəndə heyəti ilə birlikdə yola düşüb.