İrakli Kobaxidze BMT konfransı çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədovla görüşüb
İrakli Kobaxidze BMT konfransı çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədovla görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Millətlər Təşkilatının konfransı çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb. Bu barədə məlumatı Gürcüstan Hökumət Administrasiyası yayıb.

Qurumun verdiyi məlumata görə, təkbətək görüş zamanı tərəflər Gürcüstan ilə Azərbaycanın strateji tərəfdaşlığı barədə danışıblar və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafında müşahidə olunan pozitiv dinamikanı vurğulayıblar.

“Diqqət regional əhəmiyyətə malik birgə layihələrin roluna yönəldildi. Görüşdə həmçinin regionda baş verən proseslər müzakirə olundu və sülhün və sabitliyin xüsusi əhəmiyyəti qeyd olundu.

Baş nazir İrakli Kobaxidze bir daha Gürcüstanın regionda uzunmüddətli sülhün təmin edilməsinə dialoq və diplomatiya yolu ilə dəstək verməyə hazır olduğunu təsdiqlədi,” – deyə Hökumət Administrasiyasının yaydığı məlumatda bildirilir.