İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində sülh mövzusunda təşkil olunmuş yüksək səviyyəli panel müzakirəsində iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Finlandiyanın təşkilatçılığı ilə sülh mövzusunda keçirilən yüksək səviyyəli panel müzakirəsində iştirak edib.
Bu barədə Hökumət Administrasiyasının mətbuat xidməti məlumat yayır.
Onların məlumatına əsasən, “Əlimizdə olan imkanlardan istifadə etməklə sülh vədinin möhkəmləndirilməsi” adlı tədbirdə liderlər münaqişələrin qarşısının alınması və onların sülh yolu ilə həlli yollarını müzakirə ediblər, beynəlxalq hüquq prinsiplərinə əməl olunmasının əhəmiyyətini vurğulayıblar.
“Gürcüstan hökumətinin başçısı çıxışı zamanı ölkə ərazisinin 20 faizinin işğal altında olmasına diqqət çəkib və beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının fəsadlarını Gürcüstanın öz üzərində hiss etdiyini qeyd edib.
İrakli Kobaxidze ölkələrin suverenliyinə hörmətlə yanaşılmasının vacibliyindən danışıb və ümumi çağırışların dəf edilməsi üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin və diplomatik alətlərdən daha səmərəli istifadə olunmasının xüsusi əhəmiyyətini vurğulayıb.
Finlandiya Respublikasının Prezidenti Aleksander Stub tərəfindən təşkil edilən qapalı formatlı panel müzakirəsində müxtəlif ölkələrin liderləri iştirak edirdilər” – Gürcüstan hökumətinin məlumatında deyilir.