İrakli Kobaxidze – Bizim məqsədimiz turizmi, iqtisadiyyatın mühüm sahələrindən birini, maksimum dərəcədə qorumaqdır. Əgər hamımız birlikdə üzərimizə düşən məsuliyyətə uyğun hərəkət etsək, bu kampaniyalar öz məqsədinə çata bilməyəcək
“Biz hər şeyə münasibətdə ehtiyatlı olmalıyıq. Məqsədimiz turizmimizi maksimum dərəcədə qorumaqdır”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.
Hökumət başçısının sözlərinə görə, turizm Gürcüstan iqtisadiyyatının mühüm sahələrindən biridir.
“Onsuz da Yaxın Şərqdə münaqişə başlayanda turizm sahəsində çətinliklərimiz var idi. Təbii ki, Yaxın Şərqdən, ərəb ölkələrindən və İsraildən turist axını azaldı. İndi isə Rusiya və rus turistlərlə bağlı problemi süni şəkildə yaratmaq istəyirlər, amma buna nail ola bilməyəcəklər.
Ehtiyatlı olmalıyıq, çünki biz hərəkət etməsək, buna nail ola bilərlər. Böyük resurs səfərbər olunub – xaricdəki himayədarlar, ölkə daxilində xarici agentura, partiyalar, partiya fəalları, partiyaların televiziya kanalları – hamısı rusofob kampaniyanın qızışdırılmasına cəlb olunub.
Lakin əgər 2022-ci ildə olduğu kimi, o zaman bizdən ikinci cəbhənin açılmasını, sanksiyaların tətbiqini və döyüşçü könüllülərin göndərilməsini tələb edəndə, rusofob kampaniyalar apardıqları vaxt olduğu kimi möhkəm dayansaq və cəmiyyət öz üzərinə düşən məsuliyyətə uyğun hərəkət etsə, heç nəyə nail ola bilməyəcəklər.
İndi də hamımız birlikdə, bütün cəmiyyət olaraq üzərimizə düşən məsuliyyətə uyğun hərəkət etsək, bu kampaniyalar öz məqsədinə çata bilməyəcək”, – deyə Baş nazir bildirib.