İrakli Kobaxidze - Bizim bugünkü sülhümüz təsadüfi vəziyyət deyil, əksinə düşünülmüş və ardıcıl siyasətin nəticəsidir
İrakli Kobaxidze - Bizim bugünkü sülhümüz təsadüfi vəziyyət deyil, əksinə düşünülmüş və ardıcıl siyasətin nəticəsidir

 

Bizim bugünkü sülhümüz təsadüfi vəziyyət deyil, əksinə düşünülmüş və ardıcıl siyasətin nəticəsidir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Səfirlər Konfransında çıxışı zamanı deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, kənar qüvvələr tərəfindən Gürcüstanı yenidən hərbi münaqişəyə cəlb etmək üçün olduqca ciddi cəhd olub.

“Prinsipial mövqeyimizlə milli maraqları qoruya və ölkənin sabitliyini qoruyub saxlaya, ölkədə sülhü qoruyub saxlaya bildik. Xüsusilə qeyd etmək istərdim ki, bizim bugünkü sülhümüz təsadüfi vəziyyət deyil, əksinə düşünülmüş və ardıcıl siyasətin nəticəsidir” – İrakli Kobaxidze bildirib.