İrakli Kobaxidze – Bizim ABŞ-la strateji tərəfdaşlığı yenidən canlandırmaq istəyimiz var, optimizmi qoruyuruq
“Bizim ABŞ-la strateji tərəfdaşlığı yenidən canlandırmaq istəyimiz var,” – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.
ABŞ-a Gürcüstan parlamenti nümayəndə heyətinin dəvət olunması ilə bağlı Respublikaçı konqresmen Ana Paulina Lunasın sualına cavab olaraq, hökumət başçısı bildirib ki, bu cür format çox önəmlidir.
“Biz hələ də səbrlə münasibətlərin yenidən canlanmasını gözləyirik. Optimizi qoruyuruq və optimizmi qorumağa imkan verən görüşlər oldu, o cümlədən Milan Olimpiya Oyunlarının açılışı zamanı baş tutan görüşləri nəzərdə tuturam: bir tərəfdən, prezidentimiz və Xarici İşlər naziri, digər tərəfdən isə ABŞ-ın vitse-prezidenti və dövlət katibi arasında. Bütün bunlar optimizmi qoruyur. Əlbəttə, belə tədbirlər, həmçinin parlament formatı da çox önəmlidir. Bizim ABŞ-la strateji tərəfdaşlığı yenidən canlandırmaq istəyimiz var,” – baş nazir vurğulayıb.