İrakli Kobaxidze - Biz sülhü, inkişafı və ənənəvi dəyərlərimizi qoruyub saxlamaqla Avropa İttifaqına daxil olmaq istəyirik
İrakli Kobaxidze - Biz sülhü, inkişafı və ənənəvi dəyərlərimizi qoruyub saxlamaqla Avropa İttifaqına daxil olmaq istəyirik

 

Avropa İttifaqına daxil olmaq müqabilində qarşılıq kimi bizdən öz dəyərlərimizi və ya sülh, rifahı güzəştə getmək tələb edildikdə, dolayısı ilə bütün bunlara eyham vurulduqda, bu, yanlış dilemmadır – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Zuqdididə jurnalistlərə deyib.

Baş nazir bildirib ki, Gürcüstan sülhü qoruyub saxlamaqla, inkişafla və ənənəvi dəyərləri qoruyub saxlamaqla Avropa İttifaqına daxil olmaq istəyir.

“Avropa İttifaqına daxil olmaq müqabilində qarşılıq kimi bizdən öz dəyərlərimizi və ya sülh, rifahı güzəştə getmək tələb edildikdə, dolayısı ilə bütün bunlara eyham vurulduqda, bu, yanlış dilemmadır. Biz sülhü qoruyub saxlamaqla, inkişafla və ənənəvi dəyərləri qoruyub saxlamaqla Avropa İttifaqına daxil olmaq istəyirik. Biz heç bir halda öz prinsiplərimizdən kənara çıxmayacağıq” – baş nazir bildirib.