İrakli Kobaxidze - Biz Strasburq Məhkəməsində və eləcə də Haaqa Məhkəməsində bütün işləri məhz hakimiyyətimizin prinsipial mövqeyi nəticəsində qazandıq
Hər dəfə məsələ ölkəmizin maraqlarının qorunması, o cümlədən Rusiya ilə münasibətdə, məhkəmə instansiyalarında həqiqətin və gərçəyin müəyyən edilməsi ilə bağlı olduqda dövlətimiz, hakimiyyətimiz hər yerdə çox prinsipial mövqe tutub – bu barədə baş nazir İrakli Kobaxidze Strasburq Məhkəməsinin davam edən işğalla bağlı qərarı və Rusiyanın üzərinə Gürcüstana 253 milyon avrodan çox təzminat ödəməsi öhdəliyi qoyulması ilə bağlı jurnalistin sualına cavabında deyib.
Kobaxidze bildirib ki, Strasburq, eləcə də Haaqa məhkəmələrində qazanılan bütün işlər məhz hakimiyyətin prinsipial mövqeyi sayəsindədir.
“Biz Strasburq Məhkəməsində bütün işləri və eləcə də Haaqa Məhkəməsində məhz hakimiyyətimizin prinsipial mövqeyi nəticəsində işi qazandıq” – İrakli Kobaxidze bildirib.
Baş nazir ədliyyə nazirinə və nazirliyin hər bir əməkdaşına minnətdarlığını bildirib.
“Saakaşvili rejimi müharibəyə başladı, lakin bu qərar onsuz da verilmişdi. Ədliyyə nazirinə, nazirliyin hər bir əməkdaşına, hər bir dövlət qulluqçusuna təşəkkürlər düşür. Bütün bunların müharibənin başlaması məsələsi ilə heç bir əlaqəsi yoxdur, Rusiya Federasiyasının öz günahı var və Gürcüstanın xeyrinə verilən qərar da məhz buna əsaslanıb. Onların cavab müdaxiləsi olanda, orada konkret hüquqlar pozulub və Strasburq Məhkəməsinin qəbul etdiyi qərar məhz bu hüquqların pozulmasına aiddir” – baş nazir bildirib.