İrakli Kobaxidze - Biz xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayışla fəxr edirik, bu, həqiqətən də qürurverici münasibət və dostluqdur
İrakli Kobaxidze - Biz xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayışla fəxr edirik, bu, həqiqətən də qürurverici münasibət və dostluqdur

 
Bizi, xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış və dostluqla fəxr edirik, bu, həqiqətən də qürurverici münasibət və dostluqdur – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Marneulidə Novruz bayramına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Baş nazir tədbirə toplaşanları Novruz bayramı münasibətilə təbrik edib.

“Sizi bu gün münasibəti ilə təbrik etmək istərdim. Bu il bu günü sizinlə qeyd etdiyim üçün şadam və qürurluyam. Novruz bayramı yenilənmə, xeyirxahlıq bayramıdır. Bizi, xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış və dostluqla fəxr edirik. Bu, həqiqətən də qürurverici münasibət və dostluqdur. Uzun illər ərzində birlikdə ortaq ölkəmizin gələcəyini yaradırdıq. Bu tarix bu gün də davam edir və bu, övladlarımıza və gələcək nəsillərə ötürməli olduğumuz möhtəşəm ənənədir. Sizi bir daha bu gün, Novruz bayramı münasibəti ilə təbrik etmək istəyirəm və hamınıza, ailələrinizə ən xoş arzularımı, sülh və firavanlıq arzulayıram” – İrakli Kobaxidze bildirib.