İrakli Kobaxidze – Biz İrana heç bir ikitərəfli sanksiya tətbiq etmirik, bu, cəfəngiyyat və yanlış olardı, biz müəyyən edilmiş sanksiya rejiminə uyğun hərəkət edirik
Biz İrana heç bir ikitərəfli sanksiya tətbiq etmirik, bu, cəfəngiyyat və yanlış olardı, biz müəyyən edilmiş sanksiya rejiminə uyğun hərəkət edirik – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda İran aviaşirkətlərinin uçuşlarının dayandırılması ilə bağlı sualı cavablandırarkən deyib.
Hökumət rəhbərinin qeyd etdiyi kimi, Gürcüstan tətbiq olunmuş sanksiya rejimünə uyğun hərəkət edir.
“Bilirsiniz ki, biz sanksiya rejimlərini nəzərə alırıq. Müvafiq sanksiyalar qüvvəyə minmişdi və Gürcüstan müəyyən institutlar və dövlətlər tərəfindən belə sanksiyalar tətbiq edildikdə müxtəlif ölkələrə qarşı sanksiya rejimlərini həmişə nəzərə aldığı üçün, biz də müvafiq qərar qəbul etdik və bu barədə İqtisadiyyat Nazirliyi bəyanat yaydı. Biz sanksiya rejimini nəzərə alırıq. Tətbiq edilmiş sanksiya rejiminə uyğun hərəkət edirik. Biz İrana heç bir ikitərəfli sanksiya tətbiq etmirik, bu, cəfəngiyyat və yanlış olardı. Biz müəyyən edilmiş sanksiya rejiminə uyğun hərəkət edirik” – İrakli Kobaxidze bildirib.