İrakli Kobaxidze - Biz iki milyardlıq layihəni elan etmişik, bu layihə çərçivəsində də yüksək performanslı, eləcə də kütləvi idman üçün tamamilə yeni infrastruktur yaradılacaq
İrakli Kobaxidze - Biz iki milyardlıq layihəni elan etmişik, bu layihə çərçivəsində də yüksək performanslı, eləcə də kütləvi idman üçün tamamilə yeni infrastruktur yaradılacaq

 
İdmanın inkişafına və xüsusən də idman infrastrukturunun inkişafına imkan yaratmaq əsas prioritetlərimizdən və vəzifələrimizdən biridir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze həndbolçuların mükafatlandırma mərasimində çıxışı zamanı bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan hökumətinin idman sahəsində iddialı planları var.

“İdmanın uğurları ilə birlikdə, xüsusən də uşaqlar arasında idmana, idmanla məşğul olmağa maraq artır, bu da məni çox sevindirir, lakin hələlik infrastrukturumuz, təəssüf ki, bu artan tələbatı qarşılaya bilmir. Bizim əsas vəzifələrimizdən biri idman infrastrukturunun inkişafıdır. Biz artıq iki milyardlıq layihəni elan etmişik, bu layihə çərçivəsində də yüksək performanslı idman, eləcə də kütləvi idman üçün nəzərdə tutulan tamamilə yeni infrastruktur yaradılacaq. Söz veririk ki, bu layihə çərçivəsində həndbolun inkişafına xüsusi diqqət yönəldiləcək. Həndbolun inkişafına və millimizə tərəfimizdən maksimum diqqət yetiriləcək” – İrakli Kobaxidze bildirib.