İrakli Kobaxidze - Biz Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı öhdəliklərə sadiq qalırıq
Biz Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı öhdəliklərə sadiq qalırıq. – Bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, münasibətlərdəki çətinliklərə baxmayaraq, Gürcüstan Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirir.
Münasibətlərdəki çətinliklərə baxmayaraq, biz Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirəcəyik” və biz bütün öhdəliklərimizi, o cümlədən müvafiq sənədi Avropa Komissiyasına təqdim etmək üzrə öhdəliklərimizdən birini yerinə yetiririk. Bu, iqtisadi islahatlar planıdır, üç ili əhatə edir – bu plan 2025-2026-2027-ci illər üçün tərtib edilib və söhbət makroiqtisadi və fiskal məsələlərdən gedir. Biz hər şeyə dair aydın baxışımızı Avropa Komissiyasına təqdim etmişik. “Biz, təbii ki, Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı öhdəliklərə sadiq qalırıq”. – İrakli Kobaxidze bildirib.