İrakli Kobaxidze - Biz Avropa Şurası ilə, o cümlədən Gürcüstana səfər etmiş və konkret məsələlərdə də razılığa gəldiyimiz baş katiblə əməkdaşlığa açığıq
İrakli Kobaxidze - Biz Avropa Şurası ilə, o cümlədən Gürcüstana səfər etmiş və konkret məsələlərdə də razılığa gəldiyimiz baş katiblə əməkdaşlığa açığıq

 

Biz Avropa Şurası ilə, o cümlədən baş katiblə əməkdaşlığa hazırıq, tamamilə açığıq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, baş katiblə konkret məsələlərlə bağlı da razılıq əldə olunub.

“Parlament Assambleyasının elə də böyük rolu yoxdur, lakin biz təbii ki, Avropa Şurasının üzvü olaraq qalırıq. Biz Avropa Şurası ilə, o cümlədən Gürcüstana səfər etmiş və konkret məsələlərdə də razılığa gəldiyimiz baş katiblə əməkdaşlığa hazırıq, tamamilə açığıq. Biz əlbətdə, Avropa Şurası ilə əməkdaşlığımızı davam etdirəcəyik” – İrakli Kobaxidze bildirib.