İrakli Kobaxidze - Biz ABŞ ilə tərəfdaşlığı qarşılıqlı faydanın əks olunacağı konkret yol xəritəsi ilə yeniləmək istəyirik, bu, aydın mesajdır və ona müsbət cavab verməyin alternativi yoxdur
İrakli Kobaxidze - Biz ABŞ ilə tərəfdaşlığı qarşılıqlı faydanın əks olunacağı konkret yol xəritəsi ilə yeniləmək istəyirik, bu, aydın mesajdır və ona müsbət cavab verməyin alternativi yoxdur

 

Biz ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən yeniləmək və eyni zamanda, bu tərəfdaşlığı hər iki dövlət üçün qarşılıqlı faydanın əks olunacağı konkret yol xəritəsi ilə yeniləmək istəyirik. Bu, çox açıq, aydın mesajdır və bu mesaja müsbət cavab verməyin alternativi yoxdur – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Budapeştdə jurnalistlərə deyib.

Kobaxidze Tramp administrasiyasının “Dərin dövlət” üzərində qələbə çalacağına ümid etdiyini bildirib, bu isə Amerika-gürcü münasibətlərinin real olaraq yenidən başlaması üçün zəruridir.

“İki təbrik məktubu Tramp administrasiyası ilə “Dərin dövlət” arasında qarşıdurmanı ən yaxşı şəkildə ortaya qoymuş oldu. Müxtəlif axınlar açıq şəkildə görünür. Rubionun adından göndərilmiş birinci məktub açıq-aydın “Dərin dövlət”in təsiri altında tərtib olunmuşdu və bundan sonra protokola tam əməl olunmaqla tərtib olunmuş artıq prezident Trampın məktubu yayıldı. Bu qarşıdurma davam edir, “Dərin dövlət”in çox böyük resursları olduğu üçün bu sadə qarşıdurma deyil. Biz ümid etməliyik ki, Tramp administrasiyası qalib gələcək, bu isə Amerika-gürcü münasibətlərinin real olaraq yenidən başlaması üçün zəruridir. Mesajımız həm ictimaiyyətə, həm də Amerika tərəfinə məlumdur – biz strateji tərəfdaşlığı təmiz səhifədən yeniləmək və eyni zamanda, tərəfdaşlığı hər iki dövlət üçün qarşılıqlı faydanın əks olunacağı konkret yol xəritəsi ilə yeniləmək istəyirik. Bu, çox açıq, aydın mesajdır və bu mesaja müsbət cavab verməyin alternativi yoxdur. Biz səbrlə Amerikanın mövqeyini gözləyəcəyik. Ümid edirik ki, bu tərəfdaşlığın real şəkildə yenilənməsi mümkün olacaq” – baş nazir bildirib.