İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri ilə görüşüb
İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Said Al-Haceri ilə görüşüb.

Gürcüstan Hökumət Administrasiyasının məlumatına əsasən, görüşdə Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında fəal şəkildə inkişaf edən mövcud sıx münasibətlərə toxunulub.

“Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al-Nahyanın keçən ilki səfərinin ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsində əhəmiyyəti vurğulanıb.

Görüşdə iqtisadi və investisiya sahəsində əməkdaşlığa, eləcə də Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında vizasız rejimin və iqtisadi tərəfdaşlıq haqqında razılaşmanın iki ölkə arasında ticarət və investisiyaların sonrakı stimullaşdırılması üçün əhəmiyyətinə toxunulub. “Eagle Hills” tərəfindən 6.6 milyard ABŞ dolları məbləğində investisiyanın xüsusi əhəmiyyəti vurğulanıb, bu da ölkənin gələcək iqtisadi artımına əhəmiyyətli dərəcədə kömək edəcək” – məlumatda qeyd olunub.