İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə telefonla danışdı
İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə telefonla danışdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana telefonla danışıb.

Baş nazir sosial şəbəkədə yazdığına görə, o, Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə Gürcüstanın Birləşmiş Ərəb Əmirlikləri ilə güclü və artan tərəfdaşlığını bir daha təsdiqləyib.

“Regionda son vaxtlar baş verən hadisələr fonunda Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefonla danışdım. Səmimi həmrəyliyimi ifadə etdim və ümidvar olduğumu bildirdim ki, uzunmüddətli sülh bərqərar olacaq. Həmçinin qeyd etdim ki, Gürcüstan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan xüsusi dostluğu çox yüksək qiymətləndiririk və Birləşmiş Ərəb Əmirlikləri ilə güclü və artan tərəfdaşlığımızı bir daha təsdiqlədim”, – deyə baş nazir qeyd edir.